Modern.az

Rusiya XİN: ABŞ START-ı pozur

Rusiya XİN: ABŞ START-ı pozur

Dünya

30 Mart 2023, 13:26

"START çərçivəsində bütün növ məlumat mübadiləsi Rusiya Federasiyası tərəfindən dayandırılıb".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

 

"Lakin könüllülük əsasında Moskva raket buraxılışları haqqında məlumat verməyə davam edəcək. ABŞ isə buraxılışlar barədə məlumat verməkdən imtina edərək START öhdəliklərini pozur. Rusiya Federasiyası Zaporojye AES ətrafında məsələ ilə bağlı nöqtə qoyulana qədər Qrossi ilə daimi əlaqə saxlayır. Kiyev təhlükəsizlik məsələlərinə məhəl qoymur və bu məsələni siyasi ambisiyalarına qurban verməyə hazırdır", - deyə o bildirib.

 

Qeyd edək ki, Rusiya START müqaviləsində iştirakını dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?