Modern.az

Rusiya Estoniya ilə bağladığı sazişi ləğv etdi

Rusiya Estoniya ilə bağladığı sazişi ləğv etdi

Dünya

30 Mart 2023, 14:40

Rusiya və Estoniya arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş martın 26-dan ləğv edilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Rusiya və Estoniya sərnişin, yük daşımalarını asanlaşdırmaq və sürətləndirmək üçün tədbirlər görməyə, gömrük qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasında və araşdırılmasında bir-birinə köməklik göstərməyə razılaşmışdılar.

 

Müvafiq məlumat mübadiləsinə, gömrük sistemlərinin uyğunlaşdırılmasına və unifikasiyasına səy göstərməyə yönələn müqavilə ilkin olaraq qeyri-müəyyən müddətə bağlanmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır