Modern.az

Çin lideri ölkəni müharibəyə hazırlaşdırır

Çin lideri ölkəni müharibəyə hazırlaşdırır

Dünya

30 Mart 2023, 15:08

Çin Xalq Respublikasının (ÇXR) lideri Si Cinpin bildirib ki, Çin Xalq Azadlıq Ordusu və ölkə əhalisi mümkün genişmiqyaslı müharibəyə hazır olmalıdır.


Modern.az xəbər verir ki, bu barədə "Foreign Affairs" jurnalı məlumat yayıb.


O, bu barədə parlamentin illik iclasında bildirib. Məqalə müəllifləri Si Cinpinin görüşlər zamanı Çini müharibəyə hazırladığını bildirdiyi dörd çıxışının məzmununa diqqət çəkib. 


Bundan əlavə, müşahidəçilər Çin liderinin generalları döyüşməkdən və çətin qərarlar qəbul etməkdən qorxmamağa çağırdığını vurğulayıblar.


"Biz düşmənlərimizlə onların başa düşdüyü dildə danışmalı, sülh və hörmət qazanmaq üçün qələbədən istifadə etməliyik. Yeni dövrdə Çin Xalq Respublikası hərbi əməliyyatlara son qoymaq üçün hərbi gücdən istifadə etməkdə israrlıdır”, - deyə Çin lideri bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI