Modern.az

Ukraynanın məğlubiyyəti qaçılmazdır - ABŞ kəşfiyyat zabiti

Ukraynanın məğlubiyyəti qaçılmazdır - ABŞ kəşfiyyat zabiti

30 Mart 2023, 17:14

ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter bildirib ki, Ukrayna Silahlı Qüvvələrini Rusiyaya qarşı müharibədə qaçılmaz məğlubiyyət gözləyir.

 

Modern.az xəbər verir ki, o, bu barədə "Red Pilled TV" yutub kanalına müsahibəsində bildirib. 

 

“Ukraynanın məğlubiyyəti qaçılmazdır. Ukrayna qoşunları Rusiyanın onları məhv etməsinin qarşısını almaq üçün sözün əsl mənasında heç nə edə bilməz ”, - Ritter deyib.

 

Onun sözlərinə görə, hazırkı reallıq göstərir ki, Ukrayna Rusiyaya qarşı müharibədə qələbə qazana bilməyəcək.

 

Ritterin fikrincə, Almaniyanın "Leopard" və ABŞ-ın "Abram" tankları Rusiya qoşunları üçün naməlum hədəf deyil. Onlar Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmətdə olan standart portativ raket sistemləri (ATGM) tərəfindən sıradan çıxarıla bilər.

 

Ritter hesab edir ki, Rusiya hərbçiləri on illərdir bu tanklarla döyüşməyə hazırlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI