HDP Finlandiyanın NATO-ya üzv olmasına qarşı çıxdı 

HDP Finlandiyanın NATO-ya üzv olmasına qarşı çıxdı 

30 Mart 2023, 22:35

Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirəyə çıxarılacaq. 

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Türkiyənin parlament partiyalarından yalnız HDP Finlandiyanın NATO üzvlüyünə qarşı çıxıb.

 

Finlandiyanın NATO-ya qoşulması ilə bağlı protokolun təsdiqi barədə qanun layihəsi ötən həftə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində müzakirə edilib.

 

Xalqların Demokratik Partiyası (HDP) NATO-ya yeni üzvlərin qəbul edilməsinin Avropanın daha çox silahlanmasına gətirib çıxaracağını bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur