Modern.az

Stoltenberq: Türkiyə parlamentini alqışlayıram

Stoltenberq: Türkiyə parlamentini alqışlayıram

31 Mart 2023, 08:30

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansa daxil olmaq ərizəsini təsdiqləyən Türkiyə parlamentinin qərarını alqışladığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o tviter hesabında yazıb.

 

“Mən Finlandiyanın üzvlük sazişini ratifikasiya etdiyi üçün Türkiyə parlamentini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək”, - deyə Baş katib bildirib.

 

Qeyd edək ki, ötən gün Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Bununla da Şimali Atlantika Alyansının bütün dövlətləri Helsinkinin ərizəsini ratifikasiya ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?