Modern.az

Yaponiya Rusiyaya sanksiya tətbiq etdi

Yaponiya Rusiyaya sanksiya tətbiq etdi

31 Mart 2023, 09:16

Yaponiya hökuməti aviasiya, kosmik sənaye üzrə komponentlərin, eləcə də dronların istehsalı üçün istifadə olunan material və hissələrin Rusiyaya ixracını qadağan etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.

 

Qeyd olunub ki, qadağa Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi ilə əlaqədar fevralın 28-də təsdiq edilmiş Rusiyaya qarşı son sanksiyalar paketinin bir hissəsidir.

 

İxracına qadağa qoyulan malların siyahısına hava şarları, planerlər, motorsuz təyyarələr və onların hissələri, paraşütlər, təyyarələr üçün əyləc sistemləri, yerüstü aviasiya təliminin avadanlıqları, pilotsuz uçuş aparatları üçün komponentlər, PUA-lar, sualtı və aerofotoqrafiya üçün ixtisaslaşdırılmış optika, həmçinin kompaslar daxil olmaqla naviqasiya avadanlığı daxildir.

 

Həmçinin qadağa altına alüminium və poladdan hazırlanmış məhsullar, istilik qazanları, generatorlar, fiber optiklər düşəcək. Bundan əlavə, siyahıda uşaq velosipedləri, oyuncaqlar və oyuncaq maketləri yer alacaq.


Yaponiya eyni zamanda Rusiyanı ticarətdə ən əlverişli ölkə statusundan məhrum etmə müddətini uzadıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü