Modern.az

Ukrayna İran dronlarını məhv etdi

Ukrayna İran dronlarını məhv etdi

31 Mart 2023, 10:10

Gecə saatlarında Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiya tərəfindən buraxılan İranın 10 “Shahed” zərbə PUA-sından 9-nu məhv edib.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

 

Bildirilib ki, Rusiya şimal istiqamətindən - Bryansk vilayətindən kamikadze dronlarla hücuma keçiblər.

 

Səmada 5-ə qədər digər hava hədəfləri də qeydə alınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır