Modern.az

Gəlin, bir-birimizi qoruyaq - Baş nazirdən NATO açıqlaması

Gəlin, bir-birimizi qoruyaq - Baş nazirdən NATO açıqlaması

31 Mart 2023, 10:50

Bütün NATO ölkələri Finlandiyanın hərbi alyansa daxil olmaq ərizəsini ratifikasiya ediblər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Sanna Marin danışıb.

 

"Finlandiyanın müraciəti indi bütün üzvlər tərəfindən ratifikasiya olunub və biz NATO-ya daxil olacağıq. Dəstəklərinə görə bütün ölkələrə təşəkkür edirəm. Müttəfiq olaraq biz təhlükəsizliyi təmin edəcəyik. Gəlin bir-birimizi qoruyaq”, - deyə o bildirib.

 

Qeyd edək ki, dünən Türkiyə parlamenti Finlandiyanın NATO üzvlüyü barədə sənədi təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi