Modern.az

Paşinyanın reytinqi kəskin azalıb - Özü etiraf etdi

Paşinyanın reytinqi kəskin azalıb - Özü etiraf etdi

Dünya

31 Mart 2023, 11:52

İrəvanda baş nazir Nikol Paşinyanın reytinqi 30 faizə çatmır. 


Modern.az xəbər verir ki, bu barədə "İravunk" qəzeti məlumat yayıb.


“Tiqran Avinyanın səylərinə baxmayaraq, şəhər seçkilərinin sentyabrda keçirilməsi artıq qərara alınıb. Paşinyan özü belə bir qərar verib. Paşinyan, komanda yoldaşlarını başına toplayıb dedi ki, onların şəhərdə reytinqi 30%-ə çatmır, ona görə də bu vaxt növbədənkənar seçkilərə getmək intihara bənzər bir şey ola bilər",- deyə qəzetin tirajladığı məqalədə bildirilib.

 

Məlumata görə, Paşinyan komanda yoldaşlarına parlamentdənkənar qüvvələrə resurslar yatırılması və şəhər seçkilərində cib siyasi qüvvələri kimi görünməyə hazırlaşmaları barəsində təlimat verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI