Modern.az

Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq

Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq

Dünya

31 Mart 2023, 15:04

Finlandiya yaxın günlərdə Şimali Atlantika Blokunun tam hüquqlu üzvü olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

 

Onun sözlərinə görə, NATO üzvlüyü Finlandiyanı və alyansı daha da gücləndirəcək: “Finlandiya qüdrətli orduya, geniş imkanlara və güclü demokratik institutlara malikdir. Buna görə də Helsinki alyansa böyük töhfə vermiş olacaq”.

 

NATO-nun baş katibi, həmçinin İsveçin də mümkün qədər tez bir zamanda hərbi bloka qoşulmasını səbirsizliklə gözlədiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI