Modern.az

Deputat parlamentdə döyülməsindən DANIŞDI

Deputat parlamentdə döyülməsindən DANIŞDI

31 Mart 2023, 18:28

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentinin deputatları arasında dava düşüb. Hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş verib. 

 

İnsident müxalif deputat Mher Saakyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb. Erməni KİV-lərinin yaydığı məlumata görə, hadisə ilə əlaqədar Mher Saakyan saxlanılıb. Hazırda faktla əlaqədar araşdırma aparılır.

 

Modern.az xəbər verir ki, Vardanyan hadisənin təfərrüatını açıqlayıb.

 

“Mən deməyə çalışdım ki, qayıdaq substantiv müzakirə mərhələsinə və bununla da mübahisəni bitirək. Bundan sonra müzakirə mərhələsinə qayıtmağımızla bağlı haqlı tələbimə cavab olaraq Mher Saakyan dedi ki, “siz bizə qarşı səsinizi ucalda bilməzsiniz”. O, mənə yaxınlaşdı və hücum edib qaçdı”.

 

Komitə sədri dava zamanı ciddi xəsarət aldığını söyləyib: "Tibbi müdaxilə edildi, iki tikiş qoyuldu. Bu, kifayət qədər ağır zərbədir".

 

O, zərbənin hər hansı əşya ilə edilib-edilməməsi sualını cavablandırarkən deyib: “Mən bunu deyə bilmərəm, istisna da edə bilmərəm. Hələ məhkəmə-tibbi ekspertizası aparılmayıb, sabah orada iştirak edəcəm, amma zərbə hansısa alətlə alınan zərbəyə bənzəyir”.

 

Davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Robert Koçaryanın liderlik etdiyi “Hayastan” fraksiyasının deputatı Saakyanı qanunverici orqanın binasından çıxarıblar. Parlamentin sədri Alen Simonyan da hadisə zamanı fraksiyanın iş otağında olub. Kabinetdən qışqırıq və hay-küy səsləri eşidilib. Simonyan jurnalistləri hadisə yerindən uzaqlaşdırmaqla bağlı göstəriş verib.

 

Məlumat üçün bildirək ki, Ermənistan parlamenti 107 deputatdan ibarətdir. 71 deputat hakim “Vətəndaş müqaviləsi” fraksiyasının təmsilçisidir. Müxalif “Hayastan” fraksiyası parlamentdə 29 deputatla təmsil olunur. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI