Fransa əhalisinin cəmi 10%-i müsəlmandır.
Modern.az xəbər verir ki, bu barədə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun hesabatında qeyd olunub.
Təşkilat 2019-2020-ci illərdə 18-59 yaş arası 27 200 insan arasında aparılan sorğuya əsasən, ölkə əhalisinin dini mənsubiyyəti ilə bağlı hesabat dərc edib.
Hesabata əsasən, Fransada əhalinin 51 faizi heç bir dinə inanmır. Son 10 ildə dinə inanmayınların sayı artıb. Əhalinin 29%-i isə özünü katolik hesab edir.