Modern.az

Ərzaq yardımında izdiham yaşandı - 11 nəfər öldü 

Ərzaq yardımında izdiham yaşandı - 11 nəfər öldü 

Dünya

31 Mart 2023, 23:53

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

 

Məlumata görə, şəhərin Site adlanan bölgəsində yerləşən fabrikin rəhbərliyi işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

 

Qida məhsullarının paylanması zamanı təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdiham yaşanıb, nəticədə 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI