Modern.az

Roma Papası xəstəxanadan çıxdı: "Hələ sağam"

Roma Papası xəstəxanadan çıxdı:

Dünya

1 Aprel 2023, 15:29

Katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransisk xəstəxanadan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, nəfəs darlığı səbəbilə İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına yerləşdirilən Papa Fransiskin vəziyyətinin daha yaxşı olduğu bildirilir.

 

Bronxit diaqnozu qoyulan Papanın müalicəyə sürətli reaksiya verdiyi qeyd olunur.

 

Bu səhər xəstəxanadan çıxan Papa Fransisk çöldə onu gözləyən jurnalistləri və digər şəxsləri salamlayıb. “Qorxmuram, hələ sağam”, - deyə Papa bildirib, daha sonra avtomobili ilə Vatikana doğru yola düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI