Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) keçmiş professoru Valeri Solovey Rusiya prezidenti Vladimir Putinin güclü stimullaşdırıcı dərmanlardan istifadə etdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Soloveyin sözlərinə görə, stimullaşdırıcı dərmanlar Rusiya Prezidentinə ictimai çıxış zamanı fiziki sağlamlığını və enerjisini saxlamağa kömək edir.
Həmçinin qeyd olunub ki, Putinin istifadə etdiyi dərmanlar ona ictimaiyyət qarşısında daha inamlı olmağa və öz fikirləri ilə başqalarını ruhlandırmağa imkan verir.