Zelenski Makronla “sülh formulu”nu müzakirə etdi

Zelenski Makronla “sülh formulu”nu müzakirə etdi

1 Aprel 2023, 18:31

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Twitter" hesabında yazıb.

 

O qeyd edib ki, telefon danışığı 1 saat davam edib. Liderlər Ukrayna və Fransa arasında müdafiə sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.

 

"Cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz Sülh Formulunun həyata keçirilməsi üçün addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq", - Zelenski deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakı çağırış etdi, separatçılar təslim olmadı