Modern.az

Daha bir Avropa ölkəsində ETİRAZ

Daha bir Avropa ölkəsində ETİRAZ

Dünya

1 Aprel 2023, 22:37

Portuqaliyanın paytaxtı Lissabon şəhərində və ölkənin digər bölgələrində minlərlə insan küçəyə çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

 

Aksiya iştirakçıları ölkədə yaşanan mənzil böhranına etiraz edir. Bildirilir ki, Lissabonda kirayə qiymətləri 2015-ci ildən bəri 65% artıb və bu dövrdə satış qiymətləri 137% artıb. Vəziyyət xüsusilə gənclər üçün ağırdır. Məlumata görə, Lissabonda bir otaqlı mənzilin kirayə qiyməti orta hesabla təxminən 1350 avro təşkil edir.

 

Qeyd edək ki, Portuqaliya Qərbi Avropanın ən kasıb ölkələrindən biridir, hökumətin verdiyi məlumata əsasən, işçilərin 50%-dən çoxu keçən il ayda 1000 avrodan (1084 dollar) az pul qazanıb. Ölkədə aylıq minimum əmək haqqı 760 avrodur.

 

Xatırladaq ki, bundan əvvəl Almaniya, Fransa və Britaniyada genişmiqyaslı etiraz aksiyaları keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır