Norveçdə qar uçqunu: yollar bağlandı, 4 nəfər öldü

Norveçdə qar uçqunu: yollar bağlandı, 4 nəfər öldü

1 Aprel 2023, 23:32

Norveçin şimalında qar uçqunu nəticəsində 4 nəfər ölüb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, ölənlərdən biri sloveniyalı və biri isə italiyalı turistdir.

 

Dövlət rəsmiləri həyatını itirən turistlərin xizək sürmək üçün bölgəyə getdiyini açıqlayıb. Bir nəfərin qar uçqunu nəticəsində ağır yaralandığı bildirilir.

 

Qar uçqunu zamanı bir evin dənizə sürüşdüyü və bölgədə bir çox yolun nəqliyyata bağlandığı qeyd olunur. Hökumət sakinlərə qapalı əraziləri tərk etməmək barədə xəbərdarlıq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur