Modern.az

Stoltenberqi xanım siyasətçi əvəz edə bilər 

Stoltenberqi xanım siyasətçi əvəz edə bilər 

Dünya

2 Aprel 2023, 00:51

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen NATO-nun baş katibi postuna namizəd olmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, alyansa üzv olan bir neçə ölkə Layenə bu vəzifəni təklif edib. Lakin, Britaniya onun namizəd olmasına qarşıdır. Rəsmi London Ursula fon der Layenin bundan əvvəl Almaniyanın müdafiə naziri vəzifəsində zəif performans göstərdiyini düşünür.

 

Qəzet bildirir ki, Britaniya baş nazir Rişi Sunakın dəstəklədiyi müdafiə naziri Ben Uolles də NATO baş katibi postuna namizəddir. Digər bir namizəd isə Kanadanın baş nazirinin müavini, əslən ukraynalı Kristia Frilanddır.

 

Qeyd edək ki, təşkilatın hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti bu ilin payızında başa çatır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir