Türkiyədən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə sərhədyanı Edirne vilayətində baş verib.
Vilayətin Meriç rayonu ərazisində saxlanılan şəxsin araşdırmalarla FETÖ terror təşkilatı ilə əlaqəli olmasına şübhələr yaranıb.
Məhkəmənin qərarı ilə şübhəli şəxs həbs olunub. Hazırda araşdırmalar davam etdirilir.