Modern.az

Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir

Monteneqroda prezident seçkilərinin ikinci turu keçirilir

Dünya

2 Aprel 2023, 11:37

Balkan ölkəsi Monteneqroda xalq ölkənin 8-ci prezidentinin müəyyənləşəcəyi seçkinin ikinci turunda səs verir. Seçicilər martın 19-da keçirilən ilk turda ən çox səs toplayan hazırkı prezident Milo Cukanoviç və rəqibi Jakov Milatovic arasında seçim edəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, qeydiyyata alınan 542 154 seçici yerli vaxtla saat 07:00-20:00 arasında 1162 seçki qutusunda səs verə biləcək.

 

Seçkilərin nəticələrinin gecə yarısı açıqlanacağı gözlənilir. Hazırkı prezident Cukanoviç ilk turda 35,3 faiz səs toplayıb. Milatoviç isə 28,9 faiz səs toplaya bilib.

 

Monteneqroda prezident hər 5 ildən bir seçilir. Hazırkı prezident Cukanoviç 2018-ci il seçkilərində qalib gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI