Modern.az

Moldova Rusiyadan enerji asılılığından qurtulacaq - Sandu

Moldova Rusiyadan enerji asılılığından qurtulacaq - Sandu

2 Aprel 2023, 12:41

Moldova 2 il ərzində Rusiyadan enerji asılılığından azad ola bilər.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Maya Sandu deyib.

 

Prezident qeyd edib ki, ölkə artıq enerji müstəqilliyinin formalaşdırılması ilə məşğuldur və Rusiya qazından praktiki olaraq imtina edib.

 

"Biz bərpa olunan enerji mənbələrinə, enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Bütün bunlar baş verir, bunu 6 aya etmək mümkün deyil, amma 2 ildən sonra, Kişinyov-Vulkanesti layihəsini başa çatdırsaq, biz enerjidə tam müstəqilliyə malik olacağıq”, - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI