Modern.az

Respublikaçıların 52 faizi Trampı dəstəkləməyə hazırdır - Sorğu

Respublikaçıların 52 faizi Trampı dəstəkləməyə hazırdır - Sorğu

Dünya

2 Aprel 2023, 13:22

ABŞ-da Respublikaçılar Partiyası üzvlərinin yarıdan çoxu hazırkı hakimiyyətin ona qarşı ittiham irəli sürmək niyyətinə baxmayaraq, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini dəstəkləməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.

 

Bildirilib ki, praymerizdə partiya tərəfdarlarının 52%-i Trampa səs verə bilər. Onu Florida qubernatoru Ron De Santis (21%) izləyir. Populyarlığa görə 3-cü yerdə isə Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Nikki Heyli (5%) qərarlaşıb.

 

Eyni mövzuda keçirilən daha iki sorğuda da təxminən oxşar nəticələr ortaya çıxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI