Modern.az

Belarus suveren dövlət deyil - Latviya XİN başçısı

Belarus suveren dövlət deyil - Latviya XİN başçısı

Dünya

2 Aprel 2023, 14:25

"Rusiya və Belarusa nüvə şantajının nəticə verməyəcəyini göstərmək lazımdır".

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

 

“Belarus suveren dövlət deyil. Ölkə praktiki olaraq Rusiya hərbi dairəsinin bir hissəsidir. Biz həm Rusiyaya, həm də Belarusa qarşı daha çox sanksiyalar tətbiq etməliyik ki, bu şantaj, bu addımlar heç bir nəticə verməsin və verməyəcək”, - nazir bəyan edib.

 

"Rusiya Federasiyası siyasi, hərbi şantajla da ​​məğlub olmasına baxmayaraq, danışıqlar masasına oturmaq niyyətində deyil", - o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI