Türkiyədə "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan qəribə seçki vədi verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, məhkəmə sistemində islahatlardan danışıb.
Namizəd seçildiyi təqdirdə məhkəmələrdə süni zəkanın imkanlarından istifadə olunacağını söz verib. "Ədliyyə sahəsindəki problemlərin bir qismini süni zəka vasitəsilə çözmək istəyirik", - o bildirib.
Qeyd edək ki, Türkiyədə həm prezident, həm də parlament seçkiləri 14 mayda keçiriləcək.