Modern.az

Ukrayna səfir Şolts hökumətini tənqid etdi: Sırf sinizmdir!

Ukrayna səfir Şolts hökumətini tənqid etdi: Sırf sinizmdir!

Dünya

2 Aprel 2023, 16:05

Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev hakim Almaniya Sosial Demokrat Partiyasının (SPD) və həmkarlar ittifaqlarının nümayəndələrini Moskva ilə Kiyev arasında sülh danışıqlarına çağırdıqlarına görə tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" yazıb.

 

"Bu sülh çağırışı aprel zarafatı deyil. Bu, Rusiya təcavüzünün çoxsaylı qurbanlarına münasibətdə sırf sinizmdir", - Makeyev deyib.

 

Səfirin sözlərinə görə, bu cür təşəbbüslərin yalnız bir məqsədi var: “Rusiyanın cinayətlərini və müvafiq olaraq Rusiya rejiminin məsuliyyətini ört-basdır etmək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI