Modern.az

Praqa Çinin Ukrayna üzrə danışıqlarda vasitəçiliyinə qarşı deyil

Praqa Çinin Ukrayna üzrə danışıqlarda vasitəçiliyinə qarşı deyil

Dünya

2 Aprel 2023, 17:25

Çexiya Çinin vasitəçiliyi ilə Ukrayna üzrə sülh danışıqlarına etiraz etmir.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova bildirib.

 

"Vasitəçinin Qərb olması, ya da Rusiyaya yaxın ola biləcək ölkələrdən biri olması fərq etməz. Bütün dünya bu dəhşətlərə tez bir zamanda son qoymaq üçün əlindən gələni etməlidir. Əgər bacaran biri varsa...", - nazir deyib.

 

O, Ukraynada döyüşlərin bitməyəcəyindən qorxduğunu bildirib. Nazirin sözlərinə görə, NATO vəziyyətin daha da gərginləşməməsi üçün hər şeyi edir, lakin alyans münaqişəyə cəlb olunmaq istəmir və Ukraynanı silah və humanitar yardımla təmin etməyi məntiqli hesab edir.

 

Eyni zamanda o, diplomatik danışıqlardan çəkinməməyi vacib hesab edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI