Modern.az

Blinkenlə Lavrov arasında telefon danışığı olub

Blinkenlə Lavrov arasında telefon danışığı olub

Dünya

2 Aprel 2023, 18:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya XİN söhbətin məzmununu açıqlayıb.

 

Bildirilib ki, Lavrov Blinkenlə söhbətində Vaşinqtonun dövlət sirri təşkil edən məlumatları toplamağa çalışan jurnalist Evan Gerşkoviçin saxlanması ətrafında ajiotaj yaratmasının yolverilməz olduğunu vurğulayıb,

 

"Onun sonrakı taleyini məhkəmə müəyyən edəcək", - Lavrov qeyd edib.

 

ABŞ Dövlət Departamenti isə telefon danışığı barədə bildirib ki, Blinken Lavrovla söhbətində Gerşkoviçin azad olunmasını tələb edib.

 

***

 

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın XİN başçısı Sergey Lavrova zəng edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Hələlik detallar açıqlanmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI