Modern.az

İran və Səudiyyə XİN başçıları razılığa gəldi

İran və Səudiyyə XİN başçıları razılığa gəldi

Dünya

2 Aprel 2023, 19:53

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə "İrna" agentliyi məlumat yayıb.

 

Nazirlər dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsində qərarlı olduqlarını bildiriblər. Telefon danışığı zamanı tərəflər yaxın günlərdə görüşmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, ötən ay İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə münasibətlərin normallaşması barədə qərar qəbul ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI