ABŞ-ın Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq istəyir.
Modern.az xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.
Son 6 ay ərzində ölkəni gəzən keçmiş qubernator Amerika xalqının axtardığı lider ola biləcəyi deyib. Respublikaçı siyasətçi ABŞ-ın sabiq prezidenti Donald Trampı namizədliyini geri götürməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Tramp, ABŞ Prezidenti Co Bayden, Cənubi Karolina qubernatoru Nikki Heyli, aktivist investor Vivek Ramasvami, keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron DeSantisin ABŞ Prezidenti olmaq uğrunda yarışa qoşulacağı açıqlanıb.