Modern.az

Baxmutda vəziyyət çox gərgindir - Nazir müavini

Baxmutda vəziyyət çox gərgindir - Nazir müavini

Dünya

2 Aprel 2023, 21:27

Ukraynanın Baxmut şəhərində vəziyyət çox gərgindir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

 

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri təkcə “Vaqner” qrupunu deyil, həm də peşəkar desant hissələrini də cəlb etməyə çalışır. Malyarın fikrincə, bu vəziyyət Ukrayna hərbçilərinin vəzifələrini çətinləşdirir.

 

Buna baxmayaraq, Malyar qeyd edib ki, vəziyyət nəzarət altındadır: "Mövcud vəziyyətə cavab tədbirləri həyata keçirilir”.

 

Qeyd edək ki, uzun müddətdir döyüşlərin davam etdiyi Baxmut şəhərinin sahəsi 40 kv.km-dən bir qədər çoxdur. Şəhərin ərazisinin təxminən 65 faizi Rusiyanın nəzarəti altındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI