Bolqarıstanda son iki ildə keçirilən 5-ci parlament seçkiləri başa çatıb.
Modern.az xəbər verir ki, seçkilərdən sonra "GALLUP International" təşkilatı "exit-poll" nəticələrini açıqlayıb.
Təşkilatın məlumatına görə, seçkilərdə qərbyönümlü siyasi qüvvələr öndə gedir. "Dəyişikliyə davam edirik" (PP) və "Demokratik Bolqarıstan" (DB) partiyalarından ibarət siyasi blok təxminən 25,3% səs qazanıb. Baş nazir Boyko Borisovun rəhbərlik etdiyi sağ-mərkəzçi GERB partiyası isə 24,7% səs toplayıb.
İlkin nəticələrə görə, Ukrayna müharibəsində Rusiya prezidenti Vladimir Putinə rəğbət bəsləyən "Dirçəliş" adlı millətçi partiya, əsasən etnik türklərdən ibarət DPC partiyası və Bolqarıstan Sosialist Partiyası da parlamentə düşməyi bacarıb.
Qeyd edək ki, bundan əvvəl keçirilən parlament seçkilərində heç bir partiya hökumət qura biləcək qədər səs toplaya bilməyib. Seçkilərdən sonra ən çox səs toplayan partiya koalision hökumət qurmaq üçün danışıqlara başlayacaq.