Modern.az

Bu ölkədə 7.2 ballıq ZƏLZƏLƏ oldu

Bu ölkədə 7.2 ballıq ZƏLZƏLƏ oldu

Dünya

2 Aprel 2023, 22:33

Papua-Yeni Qvineyada 7.2 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri əhalisi təxminən 2 min nəfər olan Ambunti şəhərindən 38 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 73 kilometr dərinlikdə yerləşib.

 

Qeyd edək ki, sonuncu dəfə 2022-ci ilin sentyabrında Papua Yeni Qvineyada 7 baldan yuxarı zəlzələ olub. Yeraltı təkanlar səbəbindən sunami təhlükəsi elan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI