Modern.az

Nüvə silahı Polşa ilə sərhədə yerləşdiriləcək

Nüvə silahı Polşa ilə sərhədə yerləşdiriləcək

Dünya

2 Aprel 2023, 22:43

Rusiya nüvə silahını Belarusun Polşa ilə sərhədi yaxınlığında yerləşdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib.

 

Onun sözlərinə görə, iyulun 1-dək Belarusda nüvə silahlarının yerləşdirilməsi üçün yer hazırlanacaq.

 

"Nüvə silahı qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq", - deyə səfir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI