Modern.az

Almaniya nümayəndə heyəti Ukraynaya gəldi

Almaniya nümayəndə heyəti Ukraynaya gəldi

Dünya

3 Aprel 2023, 10:00

Aprelin 3-ü səhər saatlarında Almaniyanın vitse-kansleri Robert Habek alman biznes nümayəndələrindən ibarət kiçik heyətlə Kiyevə gəlib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Handelsblatt" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Habek Ukraynaya siyasi danışıqlar üçün səfər edib.

 

Vitse-kansler və Almaniya biznes nümayəndələri Ukraynanın bərpası və enerji sektorunda əməkdaşlığı müzakirə edəcəklər.

 

"Səfərin məqsədi Ukraynaya aydın siqnal vermək, qələbəsinə inandığımıza, ölkənin bərpa olunacağına işarə etməkdir. Avropa Ukraynaya dəstək verməkdə maraqlıdır. Biz Ukraynanın gələcəkdə də iqtisadi cəhətdən güclü tərəfdaşı olacağıq”, - deyə Habek vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular