Rusiya Səhiyyə Nazirliyi Sankt-Peterburqda kafedə baş verən partlayışda yaralananların sayının 32 nəfərə çatdığını, onlardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib.
Modern.az xəbər verir ki, partlayıcı ilə doldurulmuş heykəli hərbi jurnalist Vladlen Tatarskiyə verən Daria Trepovanın həbsi ilə bağlı gecə yayılan xəbərlər təsdiqini tapmır.
Məlumata görə, onun ya bacısı, ya da anası saxlanılıb. Daryanın əri olduğu iddia edilən Dmitri Rılov da hələ də axtarışdadır. Onun uzun müddətdir ki, Rusiya Federasiyasından kənarda yaşadığı deyilir.
Bir sıra Rusiya KİV-i dünən axşam Daria Trepovanın Pulkovo hava limanından bilet aldığını yazıb. Aviareysin hansı istiqamətə olduğu bilinmir. Bəzi mənbələrdə onun inqilabçı olduğu barədə məlumatlar yer alıb.
Qeyd edək ki, Trepovanın içində partlayıcı olan heykəli hədiyyət etdiyi, partlayış zamanı ölən hərbi müxbir Vladlen Tatarskinin əsl adı Maksim Fomin olub. Onun "Telegram" kanalının 560 000-dən çox izləyicisi var. Tatarski Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı tez-tez təxribatçı şərhlər yazan nüfuzlu hərbi blogerlərdən biri idi. O, ötən ilin sentyabrında Rusiyanın Ukraynanın işğal olunmuş dörd bölgəsini ilhaq etməsini elan etmək üçün Kremldə keçirdiyi mərasimdə iştirak edib.