Modern.az

Estonların 98 faizi Ukraynanı dəstəkləyir

Estonların 98 faizi Ukraynanı dəstəkləyir

Dünya

3 Aprel 2023, 11:12

Estoniya əhalisinin 98 faizi Ukraynanı dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu Tallinndəki Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru, Estoniyanın keçmiş müdafiə naziri İndrek Kannik deyib.

 

"Estoniyalıların 98-i Ukraynanı dəstəkləyir. Estoniyanın rusdilli əhalisi ilə bağlı sual var. Orada təxminən 40-50 faiz birmənalı olaraq, müharibənin və Ukraynanın əleyhinədir. 35-40 faiz isə qərar verməyin çətin olduğunu bildirib”, - Kannik “Sektorlararası əməkdaşlıq: davamlı cəmiyyətə gedən yolda dərslər” analitik hesabatının təqdimatı zamanı deyib. 

 

"Ukraynanı dəstəkləməyən və təəssüf ki, açıq Putinist olanlar rusdilli əhalinin təxminən 15-20%-ni təşkil edir. Bunun səbəbləri Rusiya Federasiyasının təbliğatı və bəzi şəxslərin Sovet İttifaqına olan həsrəti ilə bağlıdır",-deyə sabiq nazir bildirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI