"Avropa İttifaqı missiyasının yerləşdirilməsi regionda sülhün təşviqi üçün dəyərli vasitədir".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan rumıniyalı həmkarı ilə görüşündə deyib.
Mirzoyanın Buxarestə səfəri zamanı Ermənistan və Rumıniyanın xarici işlər nazirləri arasında siyasi mövzular, təhlükəsizlik məsələləri və Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin səmərəli icrası ilə bağlı dialoq baş tutub.
***
11:40
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rumıniyaya səfəri çərçivəsində bu ölkənin XİN başçısı Boqdan Aresku ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
The visit of ?? FM @AraratMirzoyan to ??Romania started with the tête-à-tête meeting with FM @BogdanAurescu at @MAERomania pic.twitter.com/au7jP0Lja9
— Ani Badalyan, Spokesperson of MFA of Armenia (@ArmSpoxMFA) April 3, 2023