Kosovanın keçmiş prezidenti Haşim Taçi Haaqada keçirilən məhkəmə iclasında özünü təqsirli bilməyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə bu gün Taçi, həmçinin Kosovo parlamentinin spikeri Yakup Krasnici, Kadri Veseli və sabiq deputat Rəcəb Səliminin işi üzrə dinləmələrə başlayıb.
Qeyd edək ki, onların hamısı 1998-1999-cu illərdə yüzlərlə mülki şəxsin qurbanı olduğu münaqişə zamanı hərbi cinayətlərdə ittiham olunurlar. Münaqişədə Serbiya tərəfdən olan rəsmilərin cinayətləri artıq sübuta yetirilib.