Modern.az

Vardanyanı döyən deputat azadlığa çıxdı

Vardanyanı döyən deputat azadlığa çıxdı

Dünya

3 Aprel 2023, 12:42

Ermənistan parlamentində dava zamanı deputat həmkarı Vladimir Vardanyanı döyən Mher Saakyan azadlığa çıxıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, həbsindən 72 saat sonra sərbəst buraxılıb.

 

Qeyd edək ki, insident 31 martda baş vermişdi. Hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş verib. 

 

İnsident müxalif deputat Mher Saakyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb. Dava zamanı həmkarına yumruq zərbəsi endirən Saakyan polis tərəfindən saxlanılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI