Modern.az

Peskov partlayışa görə Kiyevi ittiham etdi

Peskov partlayışa görə Kiyevi ittiham etdi

Dünya

3 Aprel 2023, 13:58

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Sankt-Peterburqda hərbi jurnalist Vladlen Tatarskinin həlak olması ilə nəticələnən partlayışın arxasında Kiyev rejimi dayana bilər.


Modern.az xəbər verir ki, bu barədə Kreml nümayəndəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.


Peskov qeyd edib ki, Rusiya Kiyev rejimi ilə üz-üzə qalıb. Onun sözlərinə görə, "Ukrayna terror fəaliyyətini dəstəkləyir".


“Uzun illər, 2014-cü ildən bəri insanların öldürülməsinin arxasında duran rejim budur",- deyə Peskov söyləyib.

 

Qeyd edək ki, rəsmi Kiyev Sankt-Peterburqdakı partlayışla bağlı ittihamları rədd edib.

Bu xəbər ilə bağlı
Tatarskiyə partlayıcı dolu heykəl verən qız inqilabçıdır? - FOTO+VİDEO
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI