Pakistana Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edilib.
Modern.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, PUA-nın fotoları Pakistan mediasında yayılıb.
Qeyd edək ki, Pakistan Türkiyədən 7 ədəd "Akıncı" sifariş edib. Digər PUA-ların daha sonra Pakistana göndəriləcəyi bildirilir.
İki mühərrikə malik "Akıncı" PUA-ları Türkiyə ordusu tərəfindən aktiv istifadə edilir. Ümumi çəkisi 1500 kq olan PUA artıq PKK terrorçularına qarşı əməliyyatda tətbiq edilib.