Modern.az

Hücumun qarşısı alına bilərdi - Prezidentdən sərt tənqid

Hücumun qarşısı alına bilərdi - Prezidentdən sərt tənqid

Dünya

3 Aprel 2023, 14:26

Gürcüstan prezidenti Salome Zurabişvili beynəlxalq ictimaiyyəti sərt tənqid edib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, Litvaya səfəri çərçivəsində keçirdiyi görüşdə bu barədə danışıb.

 

"Biz tarixi geri qaytara bilmərik. Lakin demək olar ki, 2008 və 2014-cü illərdə beynəlxalq ictimaiyyət bugünkü kimi birlik və həmrəylik nümayiş etdirsəydi, indiki çox ağır təcavüzün - Rusiyanın Ukraynaya işğalçı hücumunun qarşısı alına bilərdi", - prezident bəyan edib.

 

Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstan ərazisinə hücum etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI