Finlandiya aprelin 4-də NATO-ya üzv qəbul ediləcək.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib.
O, Finlandiyanın sabah alyansa 31-ci üzv kimi qoşulacağını və bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını bildirib.