Modern.az

Çerniqovda Rusiyanın işğalının nəticələrini gördük - Zelenski

Çerniqovda Rusiyanın işğalının nəticələrini gördük - Zelenski

Dünya

3 Aprel 2023, 17:12

"Almaniyanın vitse-kansleri Robert Habek və Avropa Şurasının baş katibi Mariya Pejçinoviç Buriçlə birlikdə Çerniqovda Rusiya qoşunlarının işğalının nəticələrini gördük".

 

Modern.az xəbər verir ki, bunu teleqram kanalında Ukrayna prezidenti Volodimir Zelenski yazıb.

 

"Rusiya işğalçılarının zirzəmisində 367 ukraynalı dinc sakini zorla antisanitar şəraitdə saxladığı orta məktəbdə olduq. İşğal dövründə sakinlər dəhşətli sınaqlardan keçirdilər. Onları 27 gün zirzəmidə saxlayıblar. Təəssüf ki, 11 nəfər həyatını itirib. Və bütün bu insanlar çətinliklə qaranlıqda ölməməyə çalışaraq Ukrayna qüvvələrinin qayıtmasını gözləyirdilər", - o qeyd edib.

 

"Sağ qaldıqlarına, döyüşçülərimizi gözləyə bildiklərinə və Rusiya Federasiyasının torpaqlarımıza gətirdiyi faciəni bütün dünyaya çatdırdıqlarına görə onlara minnətdaram", - Ukrayna prezidenti əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI