Modern.az

Rusiya və Ermənistanın daxili işlər nazirləri görüşdü

Rusiya və Ermənistanın daxili işlər nazirləri görüşdü

Dünya

3 Aprel 2023, 17:16

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev ermənistanlı həmkarı Vahe Kazaryan ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

“Dost olmayan ölkələrin Rusiya ilə Ermənistan arasındakı münasibətlərə nifaq salmaq cəhdləri nəticəsiz qalacaq”, - Rusiya DİN başçısı bildirib.

 

O, nazirliklər arasında qarşılıqlı əlaqələrin iki ölkə xalqlarının mənafeyi naminə sistemli şəkildə inkişaf edəcəyini qeyd edib.

 

"Qərb postsovet ölkələrində rusofob əhval-ruhiyyəni aşılamağa çalışır. Buna görə də regional beynəlxalq strukturlar, xüsusilə Aİİ, KTMT və MDB getdikcə daha çox əhəmiyyət kəsb edir", - nazir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI