Modern.az

NATO ölkələri Ukraynaya 65 milyardlıq silah göndərib

NATO ölkələri Ukraynaya 65 milyardlıq silah göndərib

Dünya

3 Aprel 2023, 17:42

NATO ölkələri Ukraynaya 65 milyard avroluq silah göndərib. Hazırda çoxillik hərbi tədarüklər proqramı hazırlanır.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

 

“Müttəfiqlər Kiyevə 65 milyard avroluq silah göndərib və mən müasir tankların, zirehli transportyorların Ukraynaya tədarükünü alqışlayıram. Biz, habelə Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və sovet silahlarının Qərb silahları ilə əvəzlənməsi istiqamətində dəstəyimizi artırmaq yollarını müzakirə edəcəyik. Gözləyirəm ki, nazirlər Ukrayna üçün çoxillik proqramın inkişafı üzrə fəaliyyətləri razılaşdıracaq”, - deyə Baş katib vurğulayıb.

 

Onun sözlərinə görə, NATO-nun Kiyevə dəstəyi uzun vədəli perspektivə hesablanıb. Stoltenberq güman edir ki, davamlı dəstək döyüş meydanında vəziyyətin dəyişməsi, həmçinin Ukraynanın müdafiə olunması və ərazilərini azad etməsi ilə nəticələnəcək.

 

Qeyd edək ki, 4-5 aprel tarixlərində Şimali Atlantika Bloku ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI