Modern.az

İsrailin müdafiə naziri vəzifəsində qaldı

İsrailin müdafiə naziri vəzifəsində qaldı

Dünya

3 Aprel 2023, 19:15

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Kan" televiziyası məlumat yayıb.

 

Nazirin vəzifəsindən azad edilməməsinin səbəbi kimi ölkədəki qeyri-sabit vəziyyət göstərilib.

 

Qeyd edək ki, bundan əvvəl Qalant Netanyahudan etirazlara səbəb olan məhkəmə islahatı haqqında qanunların qəbul edilməsini dayandırmağı tələb etmişdi. Buna cavab olaraq Netanyahu onu istefaya göndərib. Genişmiqyaslı etiraz aksiyalarından sonra İsrail baş naziri islahatların təxirə salındığını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI