Modern.az

Niderland Ukraynaya 274 milyon avro verəcək 

Niderland Ukraynaya 274 milyon avro verəcək 

Dünya

3 Aprel 2023, 22:36

Niderland Ukrayna üçün 274 milyon avro məbləğində yeni yardım paketi ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Niderlandın Xarici Ticarət və Əməkdaşlıq üzrə İnkişaf Nazirliyi məlumat yayıb.

 

Vəsait humanitar yardıma və səhiyyəyə xərclənəcək. Təxminən 180 milyon avro humanitar yardım çərçivəsində səhiyyəyə, enerji təchizatına, yaşayış evlərinin və infrastrukturun yenidən qurulmasına, eləcə də kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək.

 

Daha 94 milyon avro isə qeyri-öldürücü hərbi yardıma, Ukrayna ilə NATO arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin Ukrayna mədəniyyətinin qorunmasına və qorunub saxlanmasına sərf olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI